İmamoğlu yeni partiya ilə bağlı qərarını verdi! Onun bir tələbi var


CHP-nin 38-ci Adi Qurultayının ləğv edilməsi və məhkəmə qərarı ilə Kamal Kılıçdaroğlunun yenidən sədr təyin olunmasından sonra partiya daxilində yeni siyasi təşəbbüslərlə bağlı iddialar gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, Özgür Özəl və komandası həm Anadolu Birlik Partiyası ilə mümkün əməkdaşlıq variantlarını müzakirə edir, həm də yeni siyasi partiyanın yaradılması üzərində çalışır. Məlumata görə, bəzi deputatların toxunulmazlıq dosyeləri bu prosesi çətinləşdirən amillərdən biridir.

İddialara əsasən, Özəl və tərəfdarları iyulun 20-də istefa prosesinə başlamağı, iyulun 24-də isə yeni siyasi ünvanda fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar.

Siyasi dairələrdə yayılan digər məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu yeni partiyanın adında "yol" sözünün yer almasını və partiyanın qısa müddətdə təsis edilməsini istəyir. Bu iddialarla bağlı tərəflərdən rəsmi açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ