Türkiyə zəlzələlərdən zərər çəkən Venesuelaya 30 ton humanitar yardım göndərib.
Turkustan.az xəbər verir ki, Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yardım göndərişi iyunun 25-də ölkədə baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra həyata keçirilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi və AFAD-ın koordinasiyası ilə Venesuelada zərərçəkənlərə dəstək məqsədilə yardım əməliyyatı təşkil olunub.
Milli Müdafiə Nazirliyinə məxsus iki təyyarə ilə bölgəyə humanitar yardım vasitələri çatdırılıb.
Yardım paketinə AFAD tərəfindən göndərilən 275 çadır, Səhiyyə Nazirliyinin təqdim etdiyi 7 ton tibbi ləvazimat və digər zəruri vasitələr daxil olmaqla, ümumilikdə 30 ton yardım daxildir. Təyyarələr Kayseridən yola düşərək Venesuelaya istiqamət alıb.
Aytən Yaşar/ Turkustan.az