Görünməmiş UFO görüntüləri: Pentaqon 4-cü paketi yayımladı!


ABŞ-da Prezident Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi (Pentaqon) UFO sənədləri ilə bağlı dördüncü məxfi məlumat paketini yayımlayıb.

Turkustan.az xəbər verir ki, Pentaqon bunu "misli görünməmiş şəffaflıq addımı" kimi təqdim edib.

Nazirliyin rəsmi saytında yayımlanan yeni sənədlər toplusuna onlarla hərbi hesabat, infraqırmızı görüntülər və radar qeydləri daxildir.

Yeni yayımlanan materiallar arasında 2025-ci ildə Şərqi Asiyada, Sarı dəniz üzərində qeydə alınmış səkkizguşəli obyektlə bağlı görüntülər diqqət çəkib. Təxminən 18 saniyəlik infraqırmızı kadrlarda obyektin havada hərəkətsiz qaldığı görünür.

Sənədlərdə 2020-ci ildə Atlantik okeanı üzərində qeydə alınan başqa bir obyekt barədə də məlumat yer alır. Hərbçilərin təsvirinə görə, təxminən 3,5-4,5 metr ölçüsündə olan obyekt qanad və mühərriki olmadan küləyin təsiri ilə sürətlə hərəkət edib.

Arxivdə, həmçinin Pentaqon tərəfindən izahı verilməmiş hadisə kimi qeyd olunan və ABŞ-ın qərbi üzərində kəskin ziqzaq trayektoriyası ilə hərəkət edən naməlum obyektə dair görüntülər də təqdim olunub.

Pentaqon dördüncü UFO paketini yayımladı: Görünməmiş görüntülər

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ