CNN: ABŞ İranla diplomatiya üçün hücumları dayandırır


ABŞ-ın İrana endirdiyi hərbi zərbələri müəyyən fasilələrlə həyata keçirməsinin diplomatik prosesə vaxt qazandırmaq məqsədi daşıdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, CNN-in ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton və Tehran arasında gərginlik davam etsə də, pərdəarxası diplomatik təmaslar da sürdürülür.

Adı açıqlanmayan rəsmi bildirib ki, ABŞ qəsdən hərbi zərbələr endirir, daha sonra isə gərginliyin daha da artmasının qarşısını almaq və diplomatiyaya imkan yaratmaq üçün fasilə verir.

Məlumata görə, ABŞ və İran arasında münaqişəyə son qoymaq məqsədilə 14 iyunda İslamabad Sazişi imzalanıb. Saziş yekun razılaşmaya nail olmaq üçün 60 günlük danışıqlar müddətini nəzərdə tutur.

Bununla belə, ABŞ ordusu 8 iyulda İrana qarşı yeni hücumlar həyata keçirib. İran isə cavab olaraq qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ