Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4118 nəfərə çatdı


Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 4118 nəfərə çatıb.

Turkustan.az xəbər verir ki, Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez ABŞ-da yerləşən X sosial media platformasındakı paylaşımında fəlakətlə bağlı son məlumatları açıqlayıb.

Onun sözlərinə görə, zəlzələ qurbanlarının sayı 229 nəfər artaraq 4118-ə yüksəlib, yaralıların sayı isə 16 740 nəfər təşkil edir.

Bununla yanaşı, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez zəlzələdən ən çox zərər çəkən La Quayra ştatının Makuto bölgəsində aparılan infrastruktur bərpa işlərini yerində yoxlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ