Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar qərarından geri çəkilməyəcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, çərçivə sazişi İsrailin öhdəliklərinə əməl etməsi şərti ilə Livanın hüquqlarının diplomatik yollarla bərpasına xidmət edəcək.
Livan Prezident Aparatının yaydığı məlumata görə, Aun Beyrutdakı Baabda Sarayında Livan Qüvvələri Partiyasının lideri Samir Cəcaənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Prezident İsraillə birbaşa danışıqlara yönələn tənqidləri əsassız adlandıraraq, Livanın 1949-cu ildən bu yana İsraillə dəfələrlə birbaşa danışıqlar apardığını xatırladıb.
Aun vurğulayıb ki, bu qərardan geri çəkilməyəcək, seçilən yolun əhəmiyyətini ictimaiyyətə izah etməyə davam edəcək və atılan bütün addımlar Livanın suverenliyinin qorunmasına xidmət edir.
Aytən Yaşar/ Turkustan.az