ABŞ mətbuatından Trampın təyyarəsi ilə bağlı diqqətçəkən iddia


ABŞ Prezidenti Donald Trampın NATO Liderlər Zirvəsindən sonra Türkiyədən Böyük Britaniyaya səfəri zamanı təyyarəsini dəyişməsi diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Tramp Ankaradan Böyük Britaniyaya uçuş üçün Qətərin hədiyyə etdiyi modernləşdirilmiş Boeing 747 "Air Force One" əvəzinə köhnə prezident təyyarəsindən istifadə edib. O, Böyük Britaniyadakı RAF Mildenhall aviabazasına endikdən sonra yenidən yeni təyyarəyə keçib.

Bu dəyişiklik ABŞ mediasında geniş müzakirələrə səbəb olub. Məlumatlara görə, Qətərin hədiyyə etdiyi yeni prezident təyyarəsində raketdən müdafiə sistemi də daxil olmaqla bəzi mühüm təhlükəsizlik avadanlıqlarının tam quraşdırılmadığı iddia edilir.

Tramp isə təyyarə dəyişikliyinin təhlükəsizliklə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, məqsəd yeni "Air Force One"u Böyük Britaniyada xidmət edən ABŞ hərbçilərinə nümayiş etdirmək olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ