ABŞ ordusuna məxsus 12 ədəd F-22 gizli qırıcı təyyarəsinin İsraili tərk etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, məlumata görə, həmin təyyarələr İrana qarşı həyata keçirilən genişmiqyaslı hava əməliyyatlarında iştirak ediblər.
İsrail dövlət televiziyası KAN-ın yaydığı xəbərə əsasən, Vaşinqton administrasiyası son beş ay ərzində İsrailin cənubundakı Ovda Hərbi Hava Bazasında yerləşdirilən F-22 qırıcılarını ABŞ-a geri qaytarmaq qərarı verib.
Hesabatda qeyd olunur ki, təyyarələr havada yanacaq doldurma dəstəyi ilə ABŞ-a yola düşüb və marşrut üzrə Böyük Britaniyada dayanacaq.
Məlumata görə, F-22-lər ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlardan əvvəl Ovda Hərbi Hava Bazasına yerləşdirilmiş və sonrakı hücumlarda fəal istifadə olunub.
Xatırladaq ki, İran və ABŞ iyunun 14-də Pakistanın vasitəçiliyi ilə döyüşlərin dayandırılması və mövcud problemlərin danışıqlar yolu ilə həlli məqsədilə 14 maddədən ibarət razılıq əldə etdiklərini açıqlamışdılar.
Bununla belə, məlumatda bildirilir ki, ABŞ ordusu iyulun 8-də İrana qarşı yeni hücumlara başlayıb, İran isə cavab olaraq qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.
Aytən Yaşar/ Turkustan.az