Putin hazırda dünyanın ən böyük lideridir! - Stiven Siqal


Məşhur amerikalı aktyor və Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika Humanitar Əlaqələr üzrə Xüsusi Nümayəndəsi Stiven Siqal Rusiya Prezidenti Vladimir Putin ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Siqal İsveçrənin "Weltwoche" nəşrinə verdiyi müsahibədə Putini dövrümüzün ən böyük lideri adlandırıb.
"Bunu əvvəllər də demişəm. Mənim fikrimcə, Prezident Vladimir Putin hazırda dünyanın ən böyük lideridir", - Siqal deyib.

Aktyor müsahibə zamanı digər siyasi fiqurlar haqqında da fikirlərini bildirib. Ukrayna Prezidenti Vladimir Zelenski haqqında danışan Siqal qeyd edib ki, o, olduğu kimi, yəni aktyor olaraq qalıb.

ABŞ Prezidenti Donald Trampla bağlı şərh verən aktyor Amerika liderinin öz üslubunun olduğunu bildirib. Lakin o, siyasətçinin fəaliyyətini ətraflı qiymətləndirmək istəməyib.

Bundan əlavə, Siqal ABŞ və Avropa ölkələrinin bir çox sakinlərinin Rusiya ilə bağlı yalnış düşüncədə olduqlarını iddia edib. O, bunu yalan məlumatların yayılması ilə əlaqələndirib./publika.az


MANŞET XƏBƏRLƏRİ