Azərbaycanda pensiyalar nə qədər arta bilər?


Rəsmi hesabata görə, yanvar-may aylarında Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıb.

Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.

Xatırladaq ki, Azərbaycanda pensiya yaşı 65 yaşdır.

Pensiyanın minimum məbləği 320 manatdır.

Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir. /Medianews.az/


MANŞET XƏBƏRLƏRİ