İran mediası: Əli Xamenei Məşhəddə dəfn edildi - FOTO


ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın keçmiş dini lideri Əli Xameneinin cənazəsi ailə üzvlərinin iştirakı ilə keçirilən xüsusi mərasimdən sonra Məşhəddəki İmam Rza ziyarətgahında dəfn edilib.

Turkustan.az xəbər verir ki, ABŞ və İsrailin İrana hücumları zamanı vəfat edən İranın keçmiş ali lideri Əli Xamenei dəfn edilib. İran mediasının məlumatına görə, Məşhəddəki İmam Rza ziyarətgahının Peyğəmbəri-Əzəm həyətində qılınan dəfn namazından sonra Xameneinin ailə üzvlərinin iştirakı ilə xüsusi vida mərasimi keçirilib.

Xameneinin cənazəsi daha sonra həmin məqbərənin Dar əl-Zikr zalında dəfn edildi. Xameneinin dəfni ilə günlərlə davam edən və İrandan və regionun digər ölkələrindən milyonlarla insanın qatıldığı dəfn mərasimləri başa çatdı.

İranın Məşhəd şəhərində Xamenei üçün təşkil edilən dəfn mərasimlərinin bir hissəsi olaraq, onun üçün cənazə namazı qılındı. Böyük izdihamla keçən dəfn namazına Xameneinin böyük oğlu Mustafa Xamenei imamlıq etdi.

Keçmiş dini liderin dəfn namazından sonra ailə üzvlərinin iştirakı ilə keçiriləcək xüsusi mərasimdən sonra İmam Rza ziyarətgahının bir hissəsində dəfn ediləcəyi açıqlanmışdı.

Əli Xamenei Məşhəddə dəfn edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ