Pakistan və İran liderləri əməkdaşlığın genişləndirilməsini müzakirə etdi


Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı regional vəziyyəti müzakirə edib.

Turkustan.az xəbər verir ki, Şərif ABŞ-da yerləşən X sosial media platformasındakı paylaşımında Pezeşkianla telefon əlaqəsi saxladığını açıqlayıb.

Baş nazir bildirib ki, söhbət zamanı bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparılıb. O, "böyük səylər nəticəsində əldə olunan sülh nailiyyətlərinin" qorunması üçün təmkinin, dialoqun və diplomatiyanın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Şərif həmçinin Pakistanın regionda davamlı sülhün təmin olunmasına töhfə vermək məqsədilə vasitəçilik rolunu oynamağa hazır olduğunu qeyd edib. Tərəflərin ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində razılığa gəldiyi də bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ