Türkiyə Xarici işlər naziri Hakan Fidan ABŞ-ın CAATSA sanksiyalarının ləğvi və Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı yaxın zamanda müsbət nəticə əldə olunacağına ümid etdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, TRT Haber-ə müsahibəsində danışan Fidan qeyd edib ki, həm Ankara, həm də Vaşinqton bu məsələnin həlli üçün siyasi iradə nümayiş etdirir və aidiyyəti nazirlər proses üzərində işləyirlər.
Nazir vurğulayıb ki, müttəfiq ölkələr arasında müdafiə sənayesi sahəsində məhdudiyyətlərin olmaması vacibdir.
Hakan Fidan həmçinin bildirib ki, Türkiyənin milli qırıcı təyyarəsi KAAN üçün mühərrik təchizatı ilə bağlı problem yaranacağını gözləmirlər.
Aytən Yaşar/ Turkustan.az