ABŞ hücumunda SEPAH zabiti həlak oldu


ABŞ-ın İranın cənubundakı Mehşəhr bölgəsinə endirdiyi zərbələr nəticəsində SEPAH zabitinin həlak olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə “İRİB Nyus” məlumat yayıb.

Məlumata görə, SEPAH zabiti Məhəmmədrza Xəzini səhər saatlarında düşmənin PUA hücumunun qarşısını alarkən həlak olub.

Qeyd edək ki, ABŞ ordusu bu gecə İranda 80-dən çox hədəfə zərbə endirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ