ABŞ Prezidenti Donald Trampın NATO Zirvəsi çərçivəsində Ankarada qalacağı otelin fasadına Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə fotosu proyeksiya olunub.
Turkustan.az xəbər verir ki, NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gələn Trampı Ankara Hava Limanında Prezident Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Sammit müddətində Trampın qalacağı otel ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Otelin fasadı Türkiyə, ABŞ və NATO bayraqları ilə yanaşı, Ərdoğan və Trampın birgə proyeksiya olunan görüntüsü ilə işıqlandırılıb.
AYtən Yaşar/ Turkustan.az