Pakistan səmasında həyəcan: yük təyyarəsi radarlardan yoxa çıxdı


Pakistan mediası Karaçi yaxınlığında beş nəfərlik heyətlə uçan yük təyyarəsinin radarlardan itdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, yük şirkətinə məxsus 27 yaşlı Boeing 737 təyyarəsi Karaçi şəhərindən təxminən 155 dəniz mili məsafədə radarlardan itib.

Şarja–Karaçi reysi həyata keçirən təyyarənin radar məlumatlarına əsasən, onun qəfil 34 min fut hündürlük itirdiyi bildirilib.

Pakistan Aviasiya İdarəsi də yük təyyarəsinin mühərrikində nasazlıq olduğunu bildirdikdən sonra əlaqənin kəsildiyini açıqlayıb.

Hadisənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ