NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni ilə görüş keçirib.
Turkustan.az xəbər verir ki, görüş zamanı Avropanın ballistik raketlərə qarşı proqramı, eləcə də Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərə ehtiyacı müzakirə olunub.
Zelenski görüş barədə Telegram kanalında paylaşım edib.
Ukrayna Prezidenti bildirib ki, Meloniyə ölkədəki son vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, Rusiya Ukrayna şəhər və yaşayış məntəqələrinə hücumları davam etdirir.
Zelenski qeyd edib ki, son hücumlar zamanı Kiyev, Xarkov və Xerson şəhərlərində insan tələfatı olub.
“Rusiya beş nəfərin həyatına son qoydu. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə, Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az