Trampdan Ankarada şok bəyanat: "Ərdoğan İsraillə müharibəyə girmək istəyirdi, mən saxladım"


ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankara sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Yaxın Şərqdəki hərbi gərginlik və İranla bağlı olduqca sensasiyalı, dünya mediasının gündəmini sarsıdacaq bəyanatlarla çıxış edib. Ağ Ev rəhbəri Türkiyə liderinin müharibə planları və ABŞ-ın bu prosesdəki xüsusi rolu barədə gizli qalan məqamları açıqlayıb.

Turkustan.az xəbər verir ki, Donald Tramp Ankarada jurnalistlərə verdiyi açıqlamada Türkiyə dövlət başçısına olan rəğbətini gizlətməyib və regiondakı qüvvələr nisbətinə toxunub: "Prezident Ərdoğan mənim çox xoşuma gəlir, o, mənə olduqca səmimi və isti bir qəbul təşkil etdi. O, möhtəşəm və çox sağlam düşüncəli bir insandır. Hesab edirəm ki, Ərdoğanın özü də İrandan heç xoşlanmır. İranlılar isə tamamilə ağlını itirib, onlar tam bir dəlidir".

Tramp həmçinin İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi məxfi danışığın detallarını da açıqlayıb. ABŞ lideri bildirib ki, Netanyahu ötən gün Türkiyə və şəxsən Ərdoğan barəsində çox sərt, kəskin ifadələr işlədib: "Mən Bibiyə dedim: Bilirsən, mən Ərdoğanla danışmışam. O, bu müharibəyə daxil ola bilərdi, çünki o, İsraili də, səni də qətiyyən sevmir. Lakin o, sırf mənə görə, mənim xatirimə bu addımı atmadı, müharibəyə girmədi. Halbuki Türkiyə çox ciddi və nəhəng bir hərbi dövlətdir. Milyonlarla hərbi qulluqçusu var və olduqca güclüdür. Onların sərəncamında bizim ən müasir silahlarımız var, həmçinin hazırda F-35 qırıcılarını da almağa çalışırlar. Ərdoğan bu müharibəyə müdaxilə etmək istəyirdi və əgər mən olmasaydım, o, mütləq qarşı tərəfdə yer alaraq döyüşə qoşulardı". /musavat.com


MANŞET XƏBƏRLƏRİ