10 yaşlı azərbaycanlı şagird Romada keçirilən beynəlxalq STEM Olimpiadasında dünya birincisi oldu


"Dünya Məktəbi"nin 5-ci sinif şagirdi, 10 yaşlı Ali Aslanov İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq STEM Olimpiadasında böyük uğura imza atıb. O, 3–11-ci sinif şagirdləri arasında təşkil olunan yarışda kodlaşdırma istiqaməti üzrə Azərbaycanı uğurla təmsil edərək dünya birincisi adına layiq görülüb.

Ali Aslanov bundan əvvəl də Rumıniya, ABŞ, Niderland və Türkiyədə keçirilən beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edib, müxtəlif mükafatlar və yüksək nəticələr əldə edib.

Qeyd edək ki, Ali Aslanovun beynəlxalq STEM Olimpiadasına hazırlığını müəllimi Murad Əliyev həyata keçirib.


MANŞET XƏBƏRLƏRİ