Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə Cənubi Qafqazdakı vəziyyət əsas müzakirə mövzularından biri olacaq.
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Onun sözlərinə görə, liderlərin gündəmində xüsusi yer tutacaq məsələlərdən biri də Zəngəzur dəhlizi olacaq.
"Biz artıq Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına çox yaxınıq", - deyə Yılmaz vurğulayıb.
Vitse-prezident bildirib ki, Ankaranın fikrincə, Zəngəzur dəhlizinin açılması Türkiyənin Mərkəzi Asiya ilə əlaqələrini daha da gücləndirəcək və Orta Dəhlizin inkişafına mühüm töhfə verəcək.
Cevdet Yılmaz əlavə edib ki, Türkiyə və ABŞ Cənubi Qafqaz məsələlərinə yanaşmada oxşar mövqelərə malikdirlər.
Qeyd əedək ki, Donald Tramp artıq NATO Sammitində iştirak etmək üçün artıq Ankaradadır. Hazırda prezident iqamətgahında Trampın rəsmi qarşılanma mərasimi keçirilir. Mərasimdən sonra ikitərəfli görüş başlayacaq./modern.az