NATO liderləri Ankarada bir araya gəldi: Zirvə ailə fotosu ilə başladı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi NATO Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçıları rəsmi proqram başlamazdan əvvəl ailə fotosu üçün bir araya gəliblər.

Turkustan.az xəbər verir ki, fotosessiyadan sonra liderlər qlobal təhlükəsizlik və alyansın gündəliyində duran əsas məsələləri müzakirə etmək üçün zirvənin iclaslarına qatılıblar.

Ankarada çəkilən ailə fotosu NATO-nun birlik və həmrəylik mesajı verdiyi simvolik məqamlardan biri kimi diqqət çəkib. Görüş öncəsi liderlərin qeyri-rəsmi söhbətləri və səmimi anları da kameralara əks olunub.

Zirvənin əsas gündəliyində qlobal təhlükəsizlik, NATO-nun müdafiə strategiyası, İrandakı son vəziyyət, Rusiya-Ukrayna müharibəsi və alyansın gələcəyi ilə bağlı məsələlər yer alıb.

Liderlərin bu mövzular üzrə fikir mübadiləsi apararaq ortaq yanaşmalar və gələcək fəaliyyət istiqamətlərini müzakirə etməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ