NATO-nun baş katibi Mark Rutte Ankarada keçiriləcək NATO Zirvəsindən əvvəl jurnalistlərə açıqlama verib.
Turkustan.az xəbər verir ki, bildirib ki, alyans Rusiyanı uzunmüddətli təhlükə kimi qiymətləndirir və zirvə çərçivəsində Ukrayna, Rusiya və İranla bağlı məsələlər müzakirə olunacaq.
Rutte vurğulayıb ki, NATO-nun Ukraynaya dəstəyi davam edəcək: "Ukraynanı güclü şəkildə dəstəkləyəcəyik. Bu, həm də NATO-nun daha da güclənməsinə töhfə verəcək."
O, həmçinin qeyd edib ki, Avropalı müttəfiqlərin müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb və ilk dəfə olaraq ABŞ ilə Avropa arasında bu sahədə balans yaranıb. Rutte bildirib ki, bu il müdafiə xərclərinin ÜDM-in 4 faizi səviyyəsinə çatdırılması hədəflənir.
Baş katib əlavə edib ki, bu dəyişiklik yalnız ABŞ Prezidenti Donald Trampın çağırışları ilə bağlı deyil, həm də Rusiyanın yaratdığı təhlükə ilə əlaqədardır. Onun sözlərinə görə, NATO və Avropa əvvəlkindən daha güclüdür.
İran məsələsinə də toxunan Rutte deyib ki, İranın nüvə silahı əldə etməməsi vacibdir. O, həmçinin beynəlxalq ticarət və enerji daşımaları baxımından Hörmüz boğazının tam şəkildə yenidən açılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az