İyulun 7-də nazirlər səviyyəsində keçirilən əlavə tədbirlər və işgüzar görüşlərlə başlayan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşünün ikinci günü mühüm müzakirələrlə davam edir.
Turkustan.az xəbər verir ki, dövlət və hökumət başçıları Liderlər Görüşündə iştirak etmək üçün Ankaradakı Beştəpə Prezident Sarayında bir araya gəliblər. Zirvədə NATO-nun gələcək təhlükəsizlik siyasətinə istiqamət verəcək mühüm qərarların müzakirəsi gözlənilir.
Açılış nitqi ilə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulayıb.
“Biz müdafiə xərclərimizi artırırıq. Müdafiəyə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır”, – deyə Ərdoğan bildirib.
Zirvənin gündəliyində müdafiə xərcləri, hərbi investisiyalar, NATO-nun yeni vizyonu (“NATO 3.0”) və Ukraynaya dəstək məsələləri əsas mövzular sırasında yer alır.
Aytən Yaşar/ Turkustan.az