İrəvan TRIPP-ə görə İrana SÖZ VERİB


“TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin yaratdığı risklərin idarə edilməsi və çətinliklərin aradan qaldırılması İran-Ermənistan münasibətlərinin gündəliyində qalmalıdır və qalacaq”.

Turkustan.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami 8 iyulda keçirilən mətbuat konfransında bildirib.

Diplomat əlavə edib ki, İran və ABŞ arasında memorandum imzalandıqdan bəri Vaşinqton onun müddəalarını dəfələrlə pozub:

"Buna görə də İranın sərhədlərində Amerikanın mövcudluğu ilə bağlı narahatlıqları çox qanuni və məntiqlidir, buna aydın cavab verilməlidir", - Şirqulami vurğulayıb.

Səfir deyib ki, Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsinin İran üçün heç bir təhlükə yaratmadığına və Amerikanın bölgədə mövcudluğu nəticəsində heç bir çətinlik törətmədiyinə zəmanət verib:

"Ermənistan hökumətinin vəziyyətin qarşısını almaq üçün tam potensialı reallaşdıra biləcəyi mexanizmlər hazırlamaq lazımdır, eyni zamanda Amerikanın mövcudluğuna və İran üçün mümkün risklərə və təhdidlərə aydın cavab verilməlidir". /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ