Türkiyənin Ankarada ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü yalnız təhlükəsizlik gündəliyi ilə deyil, liderlər arasındakı diplomatik münasibətlərlə də diqqət mərkəzində olub.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corciya Meloni arasında son dövrlərdə yaranan gərginlik zirvə zamanı yenidən gündəmə gəlib. Ailə fotosessiyası öncəsi çəkilən görüntülərdə iki lider arasındakı məsafə diqqət çəkib.
Kadrlarda Tramp protokol zonasına doğru hərəkət edərkən Meloninin başını digər istiqamətə çevirdiyi görünür. Tramp isə yoluna davam edərək foto çəkilişi üçün nəzərdə tutulan yerdə dayanıb.
Bu görüntülər iki lider arasındakı münasibətlərlə bağlı müzakirələri yenidən artırıb. Gərginliyin əsas səbəblərindən biri Trampın Türkiyəyə səfərindən əvvəl Meloni ilə bağlı sosial media paylaşımı olub.
ABŞ Prezidenti həmin paylaşımında İtaliya Baş nazirini tənqid edib və onun vəzifədən uzaqlaşdırılması ilə bağlı sərt ifadələr işlədib. Bundan sonra liderlərin Ankaradakı NATO Zirvəsində necə görüşəcəyi diqqətlə izlənilirdi.
Aytən Yaşar/ Turkustan.az