ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində birgə mətbuat konfransı keçiriblər.
Turkustan.az xəbər verir ki, Tramp NATO-dan narazılığını ifadə edərək bildirib ki, İran məsələsində müttəfiqlərin dəstəyinə ehtiyac olmayıb.
“İran məsələsində köməyə ehtiyacımız yox idi, amma müttəfiqləri sınaqdan keçirdim. Onlar bizə kömək etmədilər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İranla bağlı vəziyyətə də toxunaraq deyib: “Düşünürəm ki, İranla atəşkəs başa çatıb”.
Tramp NATO ölkələrini müdafiə xərcləri ilə bağlı tənqid edib. O, Almaniya, Fransa və Böyük Britaniya ilə danışdığını, lakin İspaniya ilə əlaqə saxlamadığını bildirib.
“İspaniya öz payını ödəmir və heç bir məsələdə iştirak etmir. Biz onları əbədi olaraq qoruya bilmərik”, – deyə Tramp qeyd edib.
Qrenlandiya məsələsinə də toxunan ABŞ Prezidenti bildirib ki, bu mövzuda da kifayət qədər dəstək görməyib. Onun sözlərinə görə, ABŞ Avropanın təhlükəsizliyinin təmin olunması üçün uzun illər böyük məbləğdə vəsait xərcləyib.
Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da danışıb. O bildirib ki, həm Ərdoğanla, həm də İsrail Baş naziri Benyamin Netanyahu ilə yaxşı münasibətləri var.
“Netanyahuya Türkiyənin nə qədər güclü olduğunu dedim. Onlar F-35-ləri alacaqlar”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İtaliyanın da bəzi məsələlərdə ABŞ-ın gözləntilərini qarşılamadığını iddia edib.
Aytən Yaşar/ Turkustan.az