Makron sammit gününə qaçışla başladı - FOTO


NATO Zirvə Görüşündə iştirak etmək üçün Ankarada olan Fransa Prezidenti Emmanuel Makron günə səhər qaçışı ilə başlayıb.

Turkustan.az xəbər verir ki, Makron təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə qaldığı otelin ətrafında qaçış edib. Həmin anlar kameralara da düşüb.

Makronun gün ərzində sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi, həmçinin NATO-nun gündəliyində yer alan əsas məsələlərin müzakirə olunacağı sessiyalarda iştirak etməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ