İkilinin münasibətinə çat düşüb? Netanyahu açıqladı


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla münasibətlərində heç bir gərginlik olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, iki lider arasında fikir ayrılığı barədə yayılan iddiaları rədd edib.

Trampın onun haqqında “O, kimin boss olduğunu bilir” deməsinə münasibət bildirən Netanyahu, belə ifadələrin münasibətlərə təsir etmədiyini deyib.

Netanyahu “Fox News”a açıqlamasında İran məsələsi ilə bağlı fikir ayrılığı iddialarını da qəbul etməyib. O bildirib ki, ABŞ və İsrailin ortaq məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

İsrail Baş naziri əlavə edib ki, Trampın həm ABŞ, həm də İsrailin maraqlarını nəzərə alan siyasət yürütməsini müsbət qarşılayır.

Netanyahu münasibətləri belə izah edib: “Hər ailədə və yaxın dostluqda olduğu kimi, bəzən fikir ayrılıqları olur. Biz bunları açıq müzakirə edirik və çox vaxt həll edirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ