Ankara 7–8 iyul tarixlərində 2025-ci il Haaqa Zirvəsindən sonra əldə olunan irəliləyişlər və NATO-nun əsas prioritetlərinin müzakirə ediləcəyi mühüm Zirvə Toplantısına ev sahibliyi edəcək.
Turkustan.az xəbər verir ki, tədbir çərçivəsində ABŞ Prezidenti Donald Trampın da Türkiyəyə səfəri gözlənilir və onun gündəliyi açıqlanıb.
Ağ Evin yaydığı rəsmi cədvələ əsasən, ABŞ prezidentlərinin əvvəlki Türkiyə səfərlərində adətən yer alan Antıkabır ziyarəti bu dəfə proqramda nəzərdə tutulmayıb. Reuters müxbiri bu məqama diqqət çəkərək, proqramın hazırkı versiyasında Mustafa Kamal Atatürkün məqbərəsinə ziyarətin olmadığını, lakin sonradan dəyişikliklərin ola biləcəyini bildirib.
Trampın Ankara səfəri çərçivəsində NATO Liderlərinin İşçi Sessiyası ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır. ABŞ Prezidenti rəsmi qarşılanma mərasimindən sonra Beştəpə Prezident Kompleksində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Aytən Yaşar/ Turkustan.az