Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi


Ukrayna Rusiyanın şəhərlərə endirdiyi növbəti kütləvi hücumdan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkədə açıqlama verib.

Nazir bildirib ki, “Rusiyanın bir neçə gün ərzində həyata keçirdiyi ikinci genişmiqyaslı raket və dron hücumundan sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib”.

Sibiqa qeyd edib ki, hücumlar nəticəsində ölənlərin sayı artır. Onun sözlərinə görə, 2 iyulda baş verən əvvəlki hücum Kiyevdə azı 31 mülki şəxsin həyatına son qoyub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ