ABŞ Prezidenti Donald Tramp bu həftə Türkiyədə keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və Ukraynadakı müharibənin dayandırılması yollarını müzakirə edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmisi anonimlik şərti ilə məlumat verib.
Mənbənin bildirdiyinə görə, Trampın çərşənbə axşamı Ankaraya gəlməsi planlaşdırılır. Onun ilk görüşü ev sahibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olacaq. Daha sonra ABŞ Prezidentinin Suriya Prezidenti Əhməd əl-Şaraa ilə də görüşü və mətbuat konfransı keçirməsi nəzərdə tutulur.
Məlumata əsasən, Tramp çərşənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşəcək. Görüşdə əsas müzakirə mövzusu müharibənin dayandırılması və mümkün həll yolları olacaq.
Aytən Yaşar/ Turkustan.az