Bakıda avtovağzal ərazisində sərnişin avtobusunda yanğının ilkin səbəbləri məlum olub.
Bu barədə daşıyıcı şirkətdən məlumat verilib.
Qeyd olunub ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib:
"Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olması güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq"./oxu.az

