ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatların diplomatik yolla başa çatacağı gözləntiləri davam etsə də, ABŞ-da keçirilən sorğunun nəticələri ictimai rəydə fərqli mənzərə ortaya qoyub.
Turkustan.az xəbər verir ki,Böyük Britaniyanın Financial Times qəzeti üçün keçirilən sorğuya əsasən, amerikalı seçicilərin əksəriyyəti Prezident Donald Trampın İranla bağlı siyasətinin ölkəyə fayda vermədiyini düşünür.
Məlumata görə, Ağ Ev müharibənin indiyədək yaranmış xərclərinin qarşılanması üçün Konqresdən 67 milyard dollarlıq əlavə federal vəsaitin təsdiqini istəyib.
Sorğuda iştirak edən qeydiyyatdan keçmiş seçicilərin 58 faizi müharibənin buna dəymədiyini bildirib. Respondentlərin 44 faizi münaqişənin ABŞ-ı İrana qarşı zəiflətdiyini düşünür. Yalnız 31 faiz isə bu prosesin Vaşinqtonun mövqeyini gücləndirdiyini hesab edir.
Aytən Yaşar/ Turkustan.az