ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corciya Meloni arasında gərginlik davam edir.
Turkustan.az xəbər verir ki, tərəflər arasında bu dəfə mübahisəyə Trampın sosial şəbəkədə etdiyi paylaşım səbəb olub.
Tramp sosial media hesabında Meloni ilə əl sıxdığı fotonu paylaşaraq, "Qoruyucu sərəncam verilməlidir" ifadəsini işlədib. Bu paylaşım qısa zamanda geniş müzakirələrə səbəb olub.
ABŞ Prezidenti daha sonra Meloninin "istisna edilməli" olduğunu da bildirib. Onun açıqlamaları İtaliya və beynəlxalq ictimaiyyətdə müxtəlif reaksiyalar doğurub.
Aytən Yaşar/ Turkustan.az