Paşinyan: “Soyqırımı” müzakirəsi maraqlarımıza uyğun deyil


Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin 1915-ci il hadisələri ilə bağlı son qərarına cavab verməyəcəyini bildirib.

Turkustan.az Actor-a istinadla xəbər verir ki, o qeyd edib:

"Hesab edirik ki, "erməni soyqırımı"na dair müzakirəyə qoşulmama Ermənistan Respublikasının maraqlarına uyğundur. Buna görə də, heç bir cavab tədbirinə ehtiyac görmürük"./"Yeni Sabah"


MANŞET XƏBƏRLƏRİ