Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr


Azərbaycan itkin düşmüş şəxslər məsələsində dünyaya açıqdır və bu sahədə Ermənistanla əməkdaşlığa hazır olduğunu təsdiqləyir.

Turkustan.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllinə müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan vətəndaşlarına itkin düşmüş şəxslər haqqında, o cümlədən onların dəfn yerləri haqqında məlumatları məxfi şəkildə təqdim etməyə imkan verən bir sistem yaratmaq təklif olunur.

"Təqdim olunan məlumatlar yalnız humanitar məqsədlər üçün istifadə olunacaq və onu təqdim edən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Məqsəd itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə kömək etməkdir"./publika.az


MANŞET XƏBƏRLƏRİ