Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Hörmüz boğazından keçid üçün rüsumların tətbiq edilməsini dəstəkləmədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, hazırda rəsmi danışıqlar aparmaq üçün Fransada olan Omanın xarici işlər naziri Busəidi Hörmüz boğazından keçid, dəniz xidmətləri ilə bağlı mexanizmlər və İranla ABŞ arasında imzalanmış anlaşma memorandumu ilə bağlı Monte Karlo Beynəlxalq Radiosuna müsahibə verib.
Busaidi qeyd edib ki, onlar qlobal iqtisadiyyat və region ölkələri üçün mühüm su yolu olan Hörmüz boğazının təhlükəsiz və hər kəs üçün açıq qalmasını istəyirlər.
Busaidi, Oman və İran arasındakı mövcud dialoqun hər hansı bir razılaşmanın beynəlxalq hüquqa uyğun olması zərurətinə əsaslandığını izah edərək, Omanın Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ haqqında Konvensiyasına sadiq olduğunu və boğazdakı hər hansı yeni tənzimləmənin beynəlxalq legitimlik çərçivəsindən kənara çıxmamalı olduğunu vurğuladı.
Aytən Yaşar/ Turkustan.az