2026-cı il iyunun 25-də Azərbaycanın QHT Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva Daşkənd şəhərində “Qadın sahibkarlığının inkişafında dövlət qurumları və ictimai təşkilatlar arasında əməkdaşlıq: Özbəkistan təcrübəsi” adlı konfransda iştirak edib. O, dövlət–özəl tərəfdaşlığı mövzusunda Azərbaycan modeli barədə çıxışında məlumat verib.
Beynəlxalq tədbirdə bir neçə ölkədən qonaqlar iştirak edib, uğurlu təcrübələrin mübadiləsi məsələləri ətrafında çıxışlar və müzakirələr edilib.



