ABŞ-dan 500 milyon dollarlıq müqavilə! Türkiyə də siyahıdadır


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Vertex Aerospace MMC” şirkəti ilə C-12 təyyarə donanmasına logistika dəstəyi üzrə 500 milyon dollara qədər dəyəri olan müqavilə imzalayıb. Müqavilənin 2031-ci ilin iyun ayına qədər qüvvədə qalacağı bildirilir.

Turkustan.az xəbər verir ki, Pentaqonun açıqladığı müqavilələr siyahısına əsasən, sözügedən saziş çərçivəsində şirkət müxtəlif hərbi qurumlara personal, yük daşımaları, tibbi təxliyə və sınaq dəstəyi xidmətləri göstərəcək.

Müqavilənin ABŞ-ın bir sıra ştatları ilə yanaşı, Türkiyə də daxil olmaqla Argentina, Braziliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Norveç və digər ölkələri əhatə etdiyi qeyd olunub.

Bildirilib ki, layihə ABŞ Hərbi Hava Qüvvələrinin Maddi-Texniki Komandanlığı, Müdafiə Kəşfiyyat Agentliyi və digər qurumlar üçün həyata keçiriləcək. İşlər beynəlxalq hərbi bazalar və əməliyyat mərkəzlərində icra olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ