Ukrayna Putini dayandırdı: indi zərbələr endirir


Ukraynaya genişmiqyaslı müdaxilə Putin tərəfindən strateji uğursuzluq idi.

Turkustan.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

“O, hələ də Donbasa nəzarət edə bilmir və Ukrayna da Avropaya əvvəlkindən daha yaxındır. Rusiyanın Ukraynaya qarşı işğal siyasəti nəticəsində Finlandiya və İsveç NATO-ya qoşuldu. Buna görə də Putin strateji məqsədlərindən heç birinə nail ola bilməyib. Ukrayna nəinki ərazisinin bir hissəsini azad etməyi və Rusiyanın daha da irəliləməsini dayandırmağı, həm də Rusiyaya ciddi zərbə vurmağı bacardı”, - Stoltenberq bildirib.

Onun sözlərinə görə, Putin hələ də Ukraynanı idarə etmək istəyir və onun fikrini dəyişmək ehtimalı azdır:

“Lakin bir məqamda o, döyüş meydanında qalib gələ bilməyəcəyini anlayacaq və danışıqlar masasına oturmalı olacaq”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ