Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, söhbət zamanı tərəflər Türkiyə–Almaniya münasibətləri ilə yanaşı, regional və beynəlxalq gündəmdəki məsələləri də müzakirə ediblər.
Prezident Ərdoğan bildirib ki, Ankara və Berlin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. O vurğulayıb ki, bu məqsədə nail olmaq üçün qarşılıqlı addımların atılması böyük əhəmiyyət daşıyır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Ərdoğan qarşıdan gələn NATO Liderlər Zirvəsində Avropanın alyans çərçivəsində müdafiə imkanlarının gücləndirilməsi və transatlantik əlaqələrin qorunması istiqamətində güclü siyasi iradənin nümayiş etdiriləcəyinə ümid etdiyini də ifadə edib.
Aytən Yaşar/ Turkustan.az