Xarkovda Xolodnohirski rayonuna endirilən hava zərbəsi nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Xarkov Vilayət Prokurorluğu Telegram kanalında açıqlama yayıb.
Bildirilir ki, hava sursatlarından biri qeyri-yaşayış binasının yaxınlığında yola düşüb. Nəticədə 23 yaşlı qadın ölüb, 10 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olan, bədəninin təxminən 90%-i yanıq xəsarətləri almış gənc qadın da var. Hücum nəticəsində tramvay xətləri, avtomobillər, elektrik nəqliyyat şəbəkəsi və bir sıra qeyri-yaşayış binaları zədələnib.
Prokurorluğun məlumatına görə, ikinci sursat şəxsi evə düşüb, lakin partlamayıb. Hadisə nəticəsində daha iki qadın yaralanıb.
İlkin istintaq materiallarına əsasən, hücum zamanı iki UMPB-5 tipli sursatdan istifadə edilib. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi üzrə müharibə cinayəti kimi araşdırma başlanıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, yaralılardan birinin vəziyyəti son dərəcə ağırdır.
Aytən Yaşar/ Turkustan.az