Ermənistanın Baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı erməni iddialarına dair qərarına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Paşinyan “Biz cavab verməyə ehtiyac görmürük. Çünki bu məsələnin silah kimi istifadə edildiyi bir prosesə qarışmamaq Ermənistanın maraqlarına uyğundur”, – deyə, qeyd edib.
Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, o, Mülki Müqavilə Partiyasının iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri səsləndirib.
Baş nazir bir daha vurğulayıb ki, belə bir prosesə cəlb olunmamaq İrəvanın maraqlarına daha uyğundur.
Qeyd edək ki, İsrail hökuməti dünən 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını “soyqırımı” kimi tanıdığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az