Baxçalının qrup toplantısında diqqətçəkən çağırışı: Yenidən açılmalıdır!


MHP sədri Dövlət Baxçalı partiyasının parlament qrupunun iclasında çıxışı zamanı regional proseslər, NATO Zirvəsi və Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları ilə bağlı fikirlərini bölüşüb.

Turkustan.az xəbər verir ki, o, hərbi xəstəxanaların yenidən fəaliyyətə başlamasının "milli yaşam məsələsi" olduğunu bildirib.

Baxçalı qeyd edib ki, dünyada və regionda təhlükəsizlik mühiti getdikcə daha həssas xarakter alır. Onun sözlərinə görə, Qara dənizdə gərginlik davam edir, Yaxın Şərqdə isə sülhə dair ümidlər yeni böhranlar səbəbindən zəifləyir.

MHP lideri bildirib ki, Hörmüz boğazında baş verən hadisələr təkcə regionun deyil, qlobal iqtisadiyyatın da təhlükəsizliyinə təsir göstərə bilər. O əlavə edib ki, ABŞ və İran arasında danışıqların bərpası və boğazda təhlükəsiz keçidin təmin olunmasına yönəlmiş təşəbbüsləri diqqətlə izləyirlər.

Baxçalı, buna baxmayaraq, İsrailin hərbi əməliyyatlarını davam etdirdiyini iddia edərək, İsrailin Baş naziri Benyamin Netanyahu və hökumətini sərt tənqid edib. O bildirib ki, Qəzzada baş verən hadisələr beynəlxalq ictimaiyyətin vicdanını sarsıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ