Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyə ilə bağlı açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, o, bildirib ki, “Türkiyə strateji cəhətdən əhəmiyyətli tərəfdaşdır. Müdafiə, regional sabitlik və miqrasiya kimi məsələlər baxımından vacib ölkədir. Yaxın Şərqdə baş verən hadisələri nəzərə alsaq, Türkiyənin burada mühüm rolu var”.
O, 7–8 iyul tarixlərində keçiriləcək NATO-nun Ankara Zirvə Toplantısı ilə bağlı da açıqlama verib: “Hər zirvə görüşü tarixi adlandırılır, amma bu dəfə həqiqətən də belədir. Transatlantik münasibətlər son vaxtlar ciddi təzyiq altındadır. Buna görə də birlik mesajı vermək son dərəcə vacibdir”.
Kallas Brüsseldə Anadolu Agentliyinə (AA) verdiyi müsahibədə Türkiyə–Aİ münasibətləri, NATO-nun Ankara Zirvəsi və Yaxın Şərqdəki hadisələrə toxunub.
O, həmçinin Genişlənmə üzrə Avropa Komissarı Marta Kos və Daxili İşlər və Miqrasiya üzrə Avropa Komissarı Maqnus Brunner ilə birlikdə Türkiyəyə səfər edəcəyini bildirib və vurğulayıb ki, “Türkiyə strateji baxımdan vacib tərəfdaşdır. O, təkcə miqrasiya deyil, həm də müdafiə və regional sabitlik baxımından mühüm rol oynayır. Yaxın Şərqdə baş verən hadisələr də Türkiyənin əhəmiyyətini artırır”.
Aytən Yaşar/ Turkustan.az