Baydendən Trampa sərt ittiham: "Korrupsiyalaşmış, narsisist məğlub"


ABŞ-ın keçmiş prezidenti Co Bayden Ağ Evi tərk etdikdən sonra xələfi Donald Trampı ən sərt şəkildə tənqid edib.

Turkustan.az xəbər verir ki, Bayden Trampı "görünməmiş korrupsiya şəbəkəsi qurmaqda" ittiham edərək onu "korrupsiyalaşmış, narsisist məğlub" adlandırıb.

Merilend ştatının Hanover şəhərində Demokrat Partiyasının ianə toplama tədbirində çıxış edən Bayden bildirib ki, Tramp prezidentlik vəzifəsindən şəxsi maraqları üçün istifadə edib və Vaşinqtonda öz eqosunu təmin edən layihələr həyata keçirib. Onun sözlərinə görə, Tramp Ağ Evə "misli görünməmiş, həyasız və açıq-aşkar korrupsiya" gətirib.

Bayden çıxışında Ağ Evin Əks etdirmə hovuzunun bərpasını da tənqid edib. O, Trampın təmir işləri üçün şəxsi hovuz ustasını işə cəlb etdiyini iddia edərək, bunu "inanılmaz" adlandırıb və "Necə də uduzandır" ifadəsini işlədib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ