Türkiyə XİN İsrailin Suriyaya hücumunu qətiyyətlə pislədi


Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın Dəraa şəhərinə həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyəti regional sabitliyə zərər verən bu addımlara qarşı mövqe sərgiləməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Nazirliyin yazılı açıqlamasında İsrail qüvvələrinin Suriyanın Dəraa və Kuneytra bölgələrinə hücumlarının ölkənin ərazi bütövlüyü, birliyi və suverenliyini pozduğu vurğulanıb.

Açıqlamada bu hücumların mülki əhalinin həyat və əmlakına ciddi ziyan vurduğu, bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib. Həmçinin bildirilir ki, bu addımlar beynəlxalq hüququn və 1974-cü il Gərginliyin Azaldılması Sazişinin açıq şəkildə pozulmasıdır.

Nazirlik beynəlxalq ictimaiyyəti Suriyada 2024-cü ilin dekabrından bəri əldə olunan irəliləyişləri və regional sabitliyi hədəf alan bu cür hücumların dayandırılması üçün səylərini artırmağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ