Netanyahu: "İsrail Livan ərazisini tərk etməyəcək"


İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib

“Şimali İsrail sakinlərini qorumaq üçün nə qədər lazım olsa, Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağıq. İsrailin Baş naziri kimi bu məsələdə mövqeyim qətidir və heç nə bunu dəyişməyəcək”, – deyə Netanyahu vurğulayıb.

O əlavə edib ki, diplomatik cəbhədə hansı hadisələrin baş verməsindən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Baş nazir bildirib ki, İsrail son bir ildə İrana qarşı “iki monumental əməliyyat” həyata keçirib.

“Bu əməliyyatlara İran rejimindən qaynaqlanan və ölkəmizin məhvinə yönəlmiş birbaşa təhlükənin qarşısını almaq üçün başladıq. Əgər hərəkət etməsəydik, həmin rejim artıq nüvə bombalarına sahib olardı və onlardan istifadə edərdi”, – deyə Netanyahu qeyd edib.


MANŞET XƏBƏRLƏRİ