İspaniyanın Nəqliyyat və Davamlı Mobillik naziri Oskar Puente oktyabrın 28-də Toledo yaxınlığında baş verən və 69 nəfərin ölümünə səbəb olan iki sürətli qatarın toqquşmasından sonra istefa verib.
Turkustan.az xəbər verir ki, Puente parlamentdə qatar qəzası ilə bağlı çıxışı zamanı istefa qərarını açıqlayıb.
O, qərarının səbəbini “siyasi şərəf, ardıcıllıq və qurbanlara qarşı empatiya” ilə izah edib. Nazir bildirib ki, bu addımı “daha ədalətli və bərabər ölkə və cəmiyyət qurmaq naminə hər şeydən keçən partiyasının və ondan əvvəlki şəxslərin müəyyən etdiyi standartlara uyğun olmaq üçün” atıb.
Puente qeyd edib ki, nəqliyyat naziri bir ildən az müddətdə baş verən iki ağır qəzadan sonra vəzifəsində qala bilməz.
O, həmçinin noyabrın 29-da keçiriləcək növbədənkənar ümumi seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayıb.
Aytən Yaşar/Turkustan.az