Erməni rəqqas Bakıda yaşadıqlarından yazdı: “Bədbəxt, pis niyyətli insanlar…”


Erməni rəqqas Arsen Aqamalyan “Azerbaijan Dance Festival 2026” festivalında iştirakından yazıb.

Turkustan.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.

A.Aqamalyan bu tədbiri həyatının sonuna qədər xatırlayacağını bildirib:

“Dəvətə, qonaqpərvərliyinizə görə sizə minnətdaram. Bu festival fərqli düşüncəyə malik, müxtəlif nəsilləri təmsil edən iki insanın necə ortaq məxrəcə gələ və möcüzə yarada biləcəyinin nümunəsidir. Bu səfər mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Uşaqlıqda həyətimizdə birlikdə oynadığım qonşularla görüşü heç vaxt unutmayacağam. Böyüdüyüm həyətdə yenidən olmaq mənim üçün çox təsirli idi.

Bakı öz zəngin tarixi və memarlığı ilə möhtəşəm, inanılmaz dərəcədə gözəl şəhərdir. Bizə bu şəhərin tarixindən danışdılar. Burada nə qədər fərqli milli və dini kimliyə malik insan yaşayır”.

Arsen Aqamalyan paylaşımında yazılan mənfi şərhlərlə bağlı da fikir bildirib:

“Bədxah, bədbəxt, pis niyyətli insanların şərhlərini oxumuram. Pis davranan bir azərbaycanlı belə görmədim, çünki bunların hamısı yalandır. İncildə deyilir: “Yalan danışanlar məhv olacaq”. Quranda isə “Yalan danışanlara lənət olsun” buyurulur! Allahın səbrini sınamayın. Hər kəsə sülh arzulayıram”.

Xatırladaq ki, A. Aqamalyan iki yaşına qədər Bakıda, sonra isə Xankəndidə yaşayıb./globalinfo.az

3
865742355 10229087656810680 3180061692328201915 n
3333


MANŞET XƏBƏRLƏRİ